Nazir sənədi 20 min dəfə oxuyan deputata cavab verə bilmədi

21.10.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Bu sənədi 20 000 dəfə oxumuşam. TRIPP Ermənistan Respublikası ərazisində yalnız 42 kilometrlik bir yol hissəsidirmi? Yerasxdan (Arazdəyən-red.) keçən yolu da əhatə edirmi? Əgər belədirsə, Yerasxdan keçən yol Ermənistan Respublikası ərazisindən keçən yolla eyni qaydalara tabe olacaqmı?"

“Cebheinfo.az” xəbər verir ki, müxalifətdəki Ermənistan blokundan olan parlament üzvü Kristine Vardanyan bu sualları 21 oktyabrda Xarici Əlaqələr üzrə Daimi Komitənin iclasında Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Trampın Beynəlxalq Sülh və Rifah Yolu (TRIPP) çərçivəsində Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin ratifikasiya layihəsinin müzakirəsi zamanı xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyana ünvanlayıb.

O, mövzu ilə bağlı digər suallar da verib:

"TRIPP-nin eni nə qədərdir və hansı ərazidən danışırıq? Bu 42 kilometr boyunca dayanacaqlar olacaqmı, yoxsa yox?"

Xarici işlər naziri TRIPP-nin eni ilə bağlı suala cavab verə bilməyəcəyini deyib. "Hesab edirəm ki, en məsələsi ... Mən buna cavab verə bilmərəm, çünki belə bir konsepsiya mövcud deyil. TRIPP-nin eni haqqında danışa bilmərik. Məsələn, bir infrastruktur layihəsi, qaz kəməri, Qazax-İcevan marşrutu boyunca uzanacaq, dəmir yolu isə Meğridən keçəcək... Eni nə qədərdir?... Mən bu sənədi 20000 dəfə oxumuşam və heç yerdə "xüsusi rejim" sözlərini görməmişəm", - Mirzoyan deyib.

TRIPP çərçivəsində tikiləcək dəmir yolunda dayanacaqların olub-olmayacağına gəldikdə isə, hökumət nümayəndəsi “bəli” cavabını verib.

Xəzər
“Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью