Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Plastik cərrahiyyə sahəsində özbaşınalıq var və kim gəldi, əməliyyat edir. İnsanları ən sadə mənada desəm, öldürürlər”.
Turkustan.az xəbər verir ki, bunu deputat Səyyad Salahlı (Aran) Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
O qeyd edib ki, dünənki vətəndaş qəbulunda valideynlər gəlib: "Onların qızları Səbirə Vəliyevanı əməliyyat edən Ülviyyə İlyasova səhv əməliyyat nəticəsində həmin şəxsi öldürüb.
İki uşağı yetim qaldı. O gündən bəri o adam haqqında heç bir tədbir görülmür.
Valideynlərin dediyinə görə, bu qız 9-cu sinfi bitirib və heç bir tibbi təhsili yoxdur. İndi də bu adam “Qurbanova” soyadı ilə işləyir.
Hazırda kosmetoloq-üz cərrahı kimi gizli fəaliyyət göstərir.
Biz mətbuatda oxuduq ki, plastik cərrahları imtahan etdilər və onların siyahısını dərc etdilər. Lakin o adamlar kim oldu, biz bunu bilmədik.