Nazir Sibiqa ilə görüşdü

25.05.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə nazir "X" səhifəsində paylaşım edib.

"Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, biznes missiyalarının təşkili, işgüzar əlaqələri təşviq edən platformaların təkmilləşdirilməsi barədə müzakirələr apardıq. Həmçinin nəqliyyat dəhlizlərinin ticarət əlaqələrinin gücləndirilməsində rolu barədə fikirlərimizi bölüşdük", - paylaşımda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью