Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
SOCAR-la Qazaxıstandakı “Dunqa” neft yatağı üzrə əməkdaşlıq danışıqları aktiv fazadadır.
APA-nın Astanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib.
Onun sözlərinə görə, yatağın strateji əhəmiyyəti iki ölkə arasında enerji əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərir: “Dunqa” yatağı geoloji və texniki baxımdan olduqca əlverişlidir.
Neftin tərkibi çox yaxşıdır – yüngüldür, az kükürdlüdür və emal üçün son dərəcə əlverişlidir. Bu, nadir hallarda rast gəlinən üstünlükdür”.
Nazir qeyd edib ki, hazırda yatağın inkişafı ilə bağlı konkret kommersiya danışıqları “KazMunayQaz” və SOCAR arasında aparılır: “Bu, kommersiya xarakterli bir razılaşmadır və biz Energetika Nazirliyi olaraq dövlət siyasətini həyata keçirən qurum kimi bu cür danışıqlara qarışmırıq.
Əməkdaşlığın detalları yalnız “KazMunayQaz” və SOCAR arasında razılaşdırılır”.
Qeyd edək ki, “Dunqa” yatağı Manqistau vilayətində yerləşir və təxminən 106 milyon ton neft və 6 milyard kub metr qaz ehtiyatlarına malikdir.