Nazir: Son 7 ayda Gürcüstandan Türkiyəyə 866 cinayətkar ekstradisiya edilib

02.09.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbul, 2 sentyabr, AZƏRTAC

Son 7 ayda Gürcüstanla əməkdaşlıq çərçivəsində 866 cinayətkarın Türkiyəyə ekstradisiyası və onların ölkədən deportasiyası həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib.

Qeyd edilib ki, Gürcüstanın aidiyyəti qurumları ilə Türkiyə polisi arasında keçirilən birgə əməliyyat nəticəsində “İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan 22 nəfər saxlanılıb. Onlardan 11-i Gürcüstan hakimiyyət orqanları tərəfindən Türkiyəyə təhvil verilib.

Digər 11 nəfər isə Gürcüstanda törətdikləri cinayətlərə görə hazırda həbsdədir. Onlar cəzalarını çəkdikdən sonra Türkiyəyə təhvil veriləcəklər.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью