Nazir: Sosial islahat paketi 3 milyona qədər insanı əhatə edəcək

21.11.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qarabağa qayıdan insanlar arasında ixtisaslı kadrların hazırlanması bizim hədəfimizdir.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bununla bağlı Elm və Təhsil Nazirliyi ilə proqram hazırlayıblar: "Ölkə başçımız tərəfindən növbəti ildə böyük sosial islahat paketinin həyata keçiriləcəyi elan olunub. Minimum əməkhaqqı və minimum pensiya, eyni zamanda sosial ödənişlərdə artımların edilməsi, ümumilikdə pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək və bu sosial islahat paketi 3 milyona qədər insanı əhatə edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью