Nazir: Sülh müqaviləsi prosesində bəlli irəliləyişlər əldə edilib AZƏRTAC

12.12.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 dekabr, AZƏRTAC

Bu il Azərbaycanla Ermənistan münasibətlərin normallaşdırılması prosesində müsbət irəliləyişlər olub. Buna bu ilin aprelində ilk dəfə olaraq iki ölkə arasında dövlət sərhədinin müəyyən hissəsinin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsini qeyd etmək olar.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

Nazir bildirib ki, Ermənistanla sülh müqaviləsi üzrə fiziki görüşlər həyata keçirilib. Həmçinin mətn üzrə mübadilələr davam etdirilib. Açıq sualların olmasına baxmayaraq, sülh müqaviləsi prosesində bəlli irəliləyişlər də əldə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью