Nazir: TDT beynəlxalq aləmdə qəbul olunma baxımından fərqli bir gücə çevrilib

18.01.2025

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

TDT Katibliyin potensialının artırılması və üzv dövlətlərdən olan diplomatların sayının artırılması nəzərdə tutulur.

"Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

“Ötən il Naxçıvan sazişinin imzalanmasının 15 ili qeyd olundu. Gəlinən nəticə odur ki, bu gün TDT beynəlxalq camiədə qəbul olunma baxımından fərqli bir gücə çevrilib. Planlar sırasında artıq Katibliyin potensialınn və dövlətlərdən olan diplomatların sayının artırılması nəzərdə tutulur.

Eyni zamanda Katiblik yanında daimi nümayəndəlik institutunun formalaşdırılması da planlaşdırılır.”,- o əlavə edib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью