Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın Müdafiə naziri Boris Pistorius hesab edir ki, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə münasibətlərində səhvə yol verir.
Reyting.az-ın məlumatına görə, Pistorius deyib ki, Tramp Putinlə telefon danışığında öz təsirindən kifayət qədər istifadə etməyib.
Müdafiə nazirinin fikrincə, Tramp danışıqlar üçün əsas kimi Ukraynanın NATO-ya daxil olması perspektivini istisna etməklə səhvə yol verib.
Pistorius bildirib ki, Tramp-Putin telefon danışığının nəticəsi gözləniləndən daha pis olub.
“Tramp başa düşməli idi ki, Putini tək şəxsi söhbətlərlə inandırmaq olmaz. Putin zamanla oynayır, sülh görünmür”,- o vurğulayıb.
Qərb mediası yazır ki, Trampın Rusiyaya qarşı yumşaq mövqeyi Moskvanın atəşkəsə əməl etməsi üçün təzyiq göstərmək səylərini əlaqələndirən Avropa liderlərinin narahatlığına səbəb olub.
E. KAMAL