Nazir: TRİPP lə bağlı son məlumatlar prosesin 2027 ci ildə başlayacağını göstərir

09.09.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-dən olan tərəfdaşlar Azərbaycanı TRİPP-lə bağlı danışıqlar barədə mütəmadi olaraq məlumatlandırır.

525.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, TRİPP-lə bağlı əsas danışıqların ABŞ və Ermənistan arasında aparıldığını vurğulayıb:

"Bu da təbiidir. Amma eyni zamanda ABŞ-dən olan tərəfdaşlar Azərbaycan tərəfini mütəmadi olaraq məlumatıandırır. Çünki layihənin Azərbaycanın iştirakı olmadan baş tutması mümkünsüzdür. Bizə verilən məlumat ondan ibarətdir ki, proses uğurla davam etdirilir. Bizə deyirdilər ki, bu istiqamətdə proses ilin sonuna qədər başlayacaq. Amma son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir. Hesab edirik ki, layihə Azərbaycan, Ermənistan və region üçün, beynəlxalq tərəfdaşlıq üçün çox vacibdir. Həmşçinin Naxçıvan MR ərazisində dəmir yollalrnln bərpasına da artıq başlamılıb. Bu layihədə iştirak etmək istəyən beynəıxalq partnyorlar mövcuddur. Lakin biz özümüz də artıq lazımi addımları atmaqdaylq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью