Nazir Türkiyəyə nəql olunmuş Azərbaycan qazının həcmini açıqladı

11.09.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

"İndiyədək neft-qaz infrastrukturu vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyə üzərindən beynəlxalq bazarlara ümumilikdə 761 milyon ton neft və 196 milyard kubmetr qaz tədarük edilib".

"AzPolitika" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində keçirilən ikitərəfli görüşdə deyib

O bildirib ki, bu müddətdə Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub, bunun 40 milyard kubmetri TANAP-ın payına düşüb:

"Təkcə bu ilin 8 ayında Türkiyəyə 6.2 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələrinə 7.5 milyard kubmetr, Suriyaya isə bir milyard kubmetr Azərbaycan qazı nəql edilib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью