Icma.az, Anews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər üçün yola düşüb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, həmçinin bir sıra yüksək səviyyəli ikitərəfli görüşləri planlaşdırılır
www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. www.anews.az