Nazir: Ukrayna 2025ci ildə ilk dəfə dron sürüsünü tətbiq edə bilər

02.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ukrayna Silahlı Qüvvələri 2025-ci ildə hədəfi özü müəyyən edən pilotsuz uçuş aparatlarının (PUA) istifadə faizini artıracaq və hücumlar üçün ilk dəfə "dron sürüsü"ndən istifadə edəcək.

"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bunu Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov “Reuters” agentliyinə bildirib.

"Düşünürəm ki, gələn il hədəfi özü müəyyən edən dronların faizi əhəmiyyətli dərəcədə artacaq. Kütləvi miqyasda olmasa da, "dron sürüsü"nün ilk real tətbiqlərini görə bilərik. İlk addımlar atılacaq", - o vurğulayıb.

Nazirin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri PUA-lara pilotların iştirakı olmadan hədəfləri vurmağa imkan verən onlarla süni intellekt sistemindən istifadə edir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью