Nazir vacib məlumatı açıqladı: Azərbaycanın 6 universiteti…

14.12.2024

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Azərbaycanın 6 universiteti top-1000-də yer alıb".

Moderator.az musavat.com-a istinadən bildirir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında açıqlayıb.

Nazir həmçinin qeyd edib ki, Azərbaycanın 8 ali təhsil müəssisəsi ilk dəfə reytinqə daxil olub:

"Dayanıqlılıq" istiqaməti üzrə dünya universitetlərinin fəaliyyətinin qiymətləndirildiyi “UI Greenmetric 2024” reytinqində Azərbaycan ali təhsil müəssisələrinin sayı 3 dəfə artaraq 12-yə çatıb. Sevindirici haldır ki, cari ildə Azərbaycanın 8 ali təhsil müəssisəsi ilk dəfə reytinqə daxil olub və 6 universitet top-1000-də yer alıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью