Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Bizim ümumi dövlət borcumuz 23,9 milyard manatdır. Bu, cari ilin əvvəli ilə müqayisədə 2,8 faiz bəndi azdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Azərbaycan bu gün dövlət borcunun ÜDM-ə nisbət göstəricisi üzrə dünyada ən yaxşı göstəricilərdən birinə malik olan dövlətdir. Bizim ümumi borc portfelimizin 32 faizi - 16,2 milyard manatı daxili dövlət borcu, 7,7 milyard manatı isə xarici dövlət borcudur.
Ümumi borc portfelimizin 32%-i xarici dövlət borcu, 68%-i isə daxili dövlət borcudur. Strateji valyuta ehtiyatlarımız 1 oktyabr tarixinə 89,4 milyard dollara çatıb. Bu da xarici dövlət borcunu təqribən 20 dəfə üstələyir. Növbəti ildə Neft Fondunun gəlirləri xərclərini üstələyəcək. Neft Fondunun transferti növbəti ildə 7 milyard dollar olaraq proqnozlaşdırılıb. Bu da cari illə müqayisədə 550 milyon dollar və ya 935 milyon manatlıq bir azalma deməkdir. Artıq ikinci ardıcıl ildir ki, transfertin məbləğini azaltmağa çalışırıq”, - nazir qeyd edib.
Nuranə Daxilqızı