Nazir: Vergi siyasəti iqtisadi səmərəliliyə böyük təsir göstərir | Icma.az
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Vergi siyasəti iqtisadi səmərəliliyə böyük təsir göstərir.
“APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.
O bildirib ki, vergilər iqtisadi tənzimləmələr, sosial bərabərsizliyin azaldılması və ümumi iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.
"2019-cu ildən vergi sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub.
Əmək bazarında təşviq mexanizminə əsaslanan vergi islahatlarının nəticələri ABŞ-nin nüfuzlu Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib.
Universitet tərəfindən aparılan təhlillər də göstərir ki, islahatlar iqtisadiyyatın “ağardılması”, bizneslərin leqallaşması baxımından səmərəli olub, eyni zamanda qeyri-neft sektorunda iqtisadi aktivliyi stimullaşdırıb" - deyə nazir qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu