Nazir: Vergi yükünün azaldılması üçün optimallaşdırılmış bir yanaşma tətbiq edilir

02.12.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət büdcəsinin cari xərcləri qeyri-neft gəlirləri hesabına qarşılanacaq.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı çıxışı zamanı Maliyyə naziri Sahil Babayev deyib. 

O qeyd edib ki, bu da dövlət büdcəsinin müdafiə olunan xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi istiqamətində orta dövrdə qarşıya qoyulan mühüm hədəfdir: “Bununla da qeyri-neft sektorunun gəlirlərinin artmasına nail olunacaq. Bu baxımdan da 2026-cı ilin dövlət büdcəsi bütün parametlərə uyğun gəlir”.

Nazir bildirib ki, neft və qazın büdcədə göstərilən rəqəmlərinə münbasibət bildirib: “Bu 30 nüfuzlu proqnoz verən qiymətləndirici qurumun göstəriciləri ilə eynilik təşkil edir. Həmçinin iqtisadiyyatın, qeyri-neft sektorunun vergi yükünün azaldılması üçün optimallaşdırılmış bir yanaşma tətbiq edilir”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью