Nazir vətəndaşları qəbul edəcək

02.12.2024

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Kürdəmirdə vətəndaşları qəbul edəcək.

Axşam.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyindən bildirilib ki, Kürdəmir, Ucar, Zərdab, Ağdaş, Yevlax, Mingəçevir, Göyçay rayonlarından olan vətəndaşların qəbulu 2024-cü il dekabrın 14-də saat 10:00-da Kürdəmir rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 20) keçiriləcək.

Qeyd edək ki, vətəndaşlar 2024-cü il dekabrın 11-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью