Nazir Veteran pulundan danışdı: Müzakirə mərhələsindədir

12.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müharibə veteranlarına verilən təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb. Nazir söyləyib ki, hazırda sosial paket müzakirə mərhələsindədir.

"Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək", - o qeyd edib.

Xatırladaq ki, 2019-cu ildə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub. 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью