Nazir Vilayət Eyvazovdan yeni əmr İdarə rəisi və müavin təyinatı oldu

03.02.2026

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub.

Mia.az Oxu24.com-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Rüfət Allazov adıçəkilən idarənin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə polis polkovniki Emil Səfərov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Allazov Rüfət Vaqif oğlu 1982-ci ildə Rusiyada anadan olub. 2005-ci ildə Azərbaycan DİN-in Polis Akademiyasını bitirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью