Nazir xidmətə qəbul keçirdi, tapşırıqlar verdi VİDEO

27.12.2024

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Mia.az DİN-ə istinadla bildirir ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 223 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 12 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью