Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31.10.2025

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Xızı-Abşeron" Külək Elektrik Stansiyasında (KES) aparılan tikinti işləri işləri ilə tanış olub.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının Abşeron və Xızı sahələrində aparılan son tikinti işləri ilə tanış olduq. Stansiya yaxın vaxtlarda istismara hazır olacaq", - o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью