Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Biləsuvar rayon sakini Ağayev İdrak Ağabəy oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçi Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və qohumu Dadaşov Natiq Dadaş oğlunun qanunsuz əməlləri ilə bağlı yazır: “Mən, Ağayev İdrak Ağabəy oğlu, yazaraq bildirirəm ki, uzun illərdir nəqliyyat sahəsində işləyirəm.
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev vəzifəyə gələndən sonra idarəmizə - "Avtomobil Nəqliyyatı ilə Daşınmaların Təşkili" MMC-yədirektor vəzifəsinə onun yaxın qohumu Sumqayıt şəhər sakini Dadaşov Natiq Dadaş oğlu göndərildi.
4 ay sonra yeni direktor Dadaşov Natiq mənim əmək müqaviləmə xitam verdi.
Bununla bağlı nazir Rəşad Nəbiyevin qəbulunda oldum və ona hər şeyi olduğu kimi danışdım.
Lakin 2 ildir haqqıma girərək, ailəmi çarəsiz vəziyyətdə qoyublar. Bu hadisədən sonra yaşamaq üçün xarici dövlətlərə müraciət etmişik.
Qeyd edim ki, nazir Rəşad Nəbiyev 90 AA 414 nömrə nişanlı son model G class Mercedess-benz idarə edir.