Nazir Yaşar İbrahimovu işdən çıxardı Rəhbərlik Samir Əliyevə həvalə edildi

13.05.2025

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Azon zavodu” MMC-nin direktoru Yaşar İbrahimov vəzifəsindən azad edilib.

"AzPolitika" xəbər verir ki, müəssisəyə rəhbərlik Samir Əliyevə həvalə olunub. Yaşar İbrahimov təxminən 6 ay əvvəl “Azon zavodu” MMC-nin direktoru təyin edilib.

Xatırladaq ki, “Azon zavodu” 1974-cü ildə Mikrosхеmotехnika Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib. Müəssisə 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub, 2006-cı ildən isə Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir. Zavod Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. Onun nizamnamə kapitalı 554 928 manatdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью