Nazir yeni baş həkim təyin etdi

10.10.2025

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasına yeni baş həkim təyin edilib.

Qaynarinfo-nun məlumatına görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Dr. Dilqəm Məmmədov klinikanın baş həkimi təyin olunub. 

Qeyd edək ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının bundan əvvəl baş həkimi Məmmədov Ayaz Müzəffər oğlu idi. 

Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью