Nazir: Yeni qanun fermerlərin gəlirini artıracaq

24.09.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"FAO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr toxumçuluğun inkişafına, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsinə və laboratoriya xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasına mühüm töhfə verir". 

Bu fikirləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) birgə təşkilatçılığı ilə “Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat” mövzusunda konfransda çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. 

Nazir bildirib ki, yeni “Toxumçuluq haqqında” Qanunun, Dövlət Proqramının və yenilənmiş subsidiya mexanizmlərinin ardıcıl icrası yerli toxum istehsalının inkişafına, fermerlərin gəlirlərinin artmasına, idxaldan asılılığın azaldılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью