Nazir Yerlikayadan üzücü paylaşım: 19 nəfər həyatını itirib | Icma.az
Olke.az saytına istinadən Icma.az xəbər verir. Ramazan (Fitr) bayramında iki günü ərzində 19 nəfər həyatını itirib, 2499 nəfər isə xəsarət a
Ölkə.Az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, Ramazan bayramının ikinci günü martın 30-da Türkiyə ərazisində 709 yol-nəqliyyat hadisəsi baş verib.
“Təəssüflər olsun ki, yol-nəqliyyat hadisələri zamanı 14 nəfər həyatını itirib,1280 nəfər isə yaralanıb.
Arxasınca 14 göz yaşı tökən ana, ata, övlad, bacı-qardaş, qohum qoyub. Xahiş edirəm, yol hərəkəti qaydalarına əməl edək.
Bayram sevincimizə ağrı qarışmasın. Yollar bizi ayırmaq üçün deyil, bir araya gətirmək üçün var”, - nazir qeyd edib.
O, təəssüflə əlavə edib ki, bayramın ilk iki günündə, yəni şənbə və bazar günlərində 19 vətəndaş həyatını itirib, 2499-u isə xəsarət alıb.
Mürtəza Ölkə.Az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu