Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Növbəti ildən başlayaraq akademik Yusif Məmmədəliyevin xatirəsinə həsr olunmuş olimpiada təşkil edə bilərik.APA xəbər verir ki, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş beynəlxalq konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, bir çox yaxın regionda həmin ölkənin alimlərinin xatirəsini yaşatmaqla yanaşı, gələcəyə sərmayə qoymaq üçün məktəblilər arasında beynəlxalq olimpiadalar keçirilir: “Olimpiada sahəsində qazandığımız uğurlar bizə bu istiqamətdə beynəlxalq tədbir keçirməyə imkan verir”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.