Nazir: “Zəngəzur dəhlizinin Türkiyə hissəsində tikinti başlayır”

16.03.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul Texniki Universitetinin 2025-ci il İnşaat Mühəndisliyi Konvensiyası tədbirində çıxışı zamanı Türkiyə hissəsində Zəngəzur dəhlizinin tikintisinə yaxın aylarda başlanacağını bildirib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Anadolu” yazır.

Onun sözlərinə görə, Azərbaycan tərəfində Zəngəzur dəhlizinin tikinti işləri davam edir və 224 kilometrlik Türkiyə hissəsində yaxın aylarda işlərə başlanılacaq.

Onun sözlərinə görə, Türkiyə bu marşrutun əsas ölkələrindən biridir.

“Tarixən bu yolun böyük əhəmiyyəti olub. Bu gün biz onun potensialını gücləndirmək istəyirik”, - deyə türkiyəli nazir əlavə edib.

Nazir bildirib ki, Zəngəzur dəhlizi Azərbaycandan başlayacaq, Ermənistan və ya İran ərazisindən keçərək, Naxçıvan, Dilicə və Qarsdan keçərək Bakı-Tbilisi marşrutu ilə birləşəcək.

Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью