Nazirdən daha bir təyinat Foto

11.09.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Əmri ilə Fuad Məmmədov Agentlik sədrinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, F.Məmmədov 2010-2014-cü illərdə “Azersun Holding”də müxtəlif istehsalat müəssisələrində Proseslərə Nəzarət üzrə mühəndis və baş mühəndis vəzifələrində çalışıb. 2014-2017-ci illərdə “Azersun Holding”də Süd istehsalı üzrə menecer, 2017-2024-cü illərdə Süd zavodunun direktoru vəzifəsində fəaliyyət göstərib.

2024-cü ilin oktyabrından 2026-cı ilin iyun ayınadək “Azersun Holding”in Süd Məhsulları Biznes Sahəsinin direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətinə görə Prezidentin müvafiq Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

Xatırladaq ki, bundan öncə kənd təsərrüfatı naziri Ramil Əzməmmədov və Ayaz Museyibovu özünə müşavir təyin etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью