Nazirdən əmr: Babayev baş həkim təyin olundu

06.06.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub.

Axar.az Report-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun müvafiq əmrinə əsasən, Coşqun Babayev Şərur Regional Tibb Mərkəzi publik hüquqi şəxsinin direktor müavini – Sədərək Rayon Mərkəzi Xəstəxanası üzrə baş həkim vəzifəsinə təyin edilib.

Səhiyyə Nazirliyinin İnzibati İdarəetmə Şöbəsinin müdiri Tahir Məmmədli həkimi kollektivə təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью