Nazirdən gileylənən deputata nazirlikdən cavab verilib

21.09.2026

Icma.az, Ayna saytına istinadən bildirir.

“Sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir"

Səhiyyə Nazirliyi Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aranın səhiyyə naziri tərəfindən rayonlarda vətəndaş qəbullarının keçirilməsi ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib.

AYNA.AZ-ın məlumatına görə, qurumdan verilən açıqlamada bildirilib ki, rayon və şəhərlərdə səhiyyə sahəsi ilə bağlı vətəndaş qəbulları Səhiyyə Nazirliyinin deyil, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətləri çərçivəsində həyata keçirilir: "Səhiyyə Nazirliyində isə vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir. Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir. Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью