Nazirdən gözlənilən açıqlama gəldi: Bu gün və ya sabah...

04.08.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Vaşinqton və Tehran bu gün və ya sabah Hörmüz boğazından sərbəst naviqasiyanı bərpa etmək üçün razılığa gələ bilərlər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent bildirib.

"Biz iranlılarla danışıqlar aparırıq. Düşünürəm ki, bu gün və ya sabah boğazı açmaq, bu münaqişədə daha normal vəziyyətə doğru irəliləmək üçün razılığa gələ biləcəyik", - deyə Bessent CNBC-yə verdiyi müsahibədə bildirib.

İranın gəmilərdən keçənlər üçün rüsum ala biləcəyi ilə bağlı suala cavab olaraq ABŞ Maliyyə Naziri bildirib ki, razılaşma naviqasiya azadlığını təmin edəcək.

"Bu, hərəkət azadlığı olardı. Son bir neçə gündə oradakı vəziyyət bir az gərgin qalsa da, artıq bir çox gəminin boğazdan keçməyə davam etdiyini görürük", - Bessent qeyd edib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью