Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır”.Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.Onun sözlərinə görə, müxtəlif zamanlarda ayrı-ayrı məktəblərdə belə hallarla bağlı şikayətlər olur və bunlar araşdırılırNazir bildirib ki, burada iki məsələ xüsusi qeyd olunmalıdır:"Məktəblərdə hansısa səbəbdən pul yığılması yolverilməz haldır və bu, dəfələrlə deyilib.
Sistem böyükdür. 4400 məktəbin hansısa birində bu hal baş verirsə, biz onu araşdırır və bununla mübarizə aparırıq.
Həmçinin rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq mühafizə orqanları tərəfindən də araşdırılır.
Biz həmin adamların müvafiq cəza almasının tərəfdarıyıq”.Əmrullayev qeyd edib ki, bir müəllimin, məktəbin belə fəaliyyətini bütün məktəblərə şamil etmək düz deyil.
Dediyinə görə, belə bir ümumiləşdirmə ən azı məntiqli deyil.
Söhbət bir məktəbdən gedirsə, onu araşdırıb təbii ki, ictimaiyyətə bu barədə məlumat veriləcək."Bizim hazırda ən böyük problemimiz vətəndaş qəbulunda yaşanan anlaşılmazlıqdır.
Çünki vətəndaşın şikayəti əsasında sübutlar olmadıqda bunu təsdiq etmək çətin olur.