Nazirdən qalmaqallı açıqlama: Fələstin İsrail torpağıdır

15.02.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İsrailin xarici işlər naziri Gideon Saar Münxen Təhlükəsizlik Konfransında Fələstinə qarşı qalmaqallı açıqlama verib.

"Cebheinfo.az" xəbər verir ki, nazir fələstinli müxbirinin sualına qalmaqallı cavab verib: “Fələstinlilər öz dövlətlərini qurmaqdan daha çox İsraili məhv etməkdə maraqlıdırlar ki, sizin Fələstin dediyiniz yer İsrail torpağıdır”.

İsrailin Qəzzada məqsədlərindən birinin bütün məhbusları geri qaytarmaq olduğunu ifadə edən Saar, "Geri gətirdiyimiz hər məhbus bizi bu hədəfə çatmağa daha da yaxınlaşdırır" deyib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью