Nazirdən repetitorlarla BAĞLI: Bu, vicdan məsələsidir

06.02.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

“Pula görə məktəbdə yaxşı dərs keçməyib, repetitorluq fəaliyyəti zamanı yaxşı dərs deyənlər müəllim sözünə ziddir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu media üçün təşkil edilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Cəmiyyətdə bununla bağlı ictimai qınaq yaradılmalı olduğu fikrini irəli sürən nazir bildirib ki, bu, vicdan məsələsidir:

“Mən şəxsən öz övladımı belə bir müəllimin yanına əlavə təhsilə göndərmərəm”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью