Nazirdən Siyavuş Novruzova jest Vəzifədən azad olunan qardaşı oğlunu yüksək vəzifəyə təyin etdi

21.02.2025

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə rəis müavini təyin olunub. 

Məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. 

Nazirin müvafiq əmri ilə Nəcəf Novruzov Bakı Regional Mərkəzinə rəis müavini təyin edilib.

Qeyd edək ki, Nəcəf Novruzov bundan əvvəl Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay əvvəl vəzifəsindən azad olunub.

Xatıradaq ki, Nəcəf Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşı oğludur(Qaynarinfo)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью