Nazirin əri təcavüzdə: Özü isə işçisiylə münasibətdə ittiham edilir

20.02.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin əmək naziri Lori Çavez-Derimmerin əri Şon Derimer cinsi təcavüzdə ittiham olunur. 

“Cebheinfo.az” xəbər verir ki, bunu "The Wall Street Journal" qəzeti yazıb. ABŞ Əmək Departamentinin iki qadın işçisi Derimer tərəfindən təcavüzə məruz qaldığını iddia edib. Hadisələrdən biri dekabr ayında baş verib və yanvar ayında bu barədə Vaşinqton polisinə məlumat verilib. Hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

"The Wall Street Journal"-a verdiyi şərhdə Derimer iddiaları təkzib edib. "Mən bunların heç birini etməmişəm, mən bunu qəti şəkildə inkar edirəm", - deyə o bildirib.

Qəzetin məlumatına görə, yanvar ayında Derimerin Əmək Departamentinin ərazisinə girişi qadağan edilib və ABŞ-nin birinci xanımı Melaniya Tramp haqqında sənədli filmin premyerasına dəvəti ləğv edilib. 

Çavez-Derimmer film nümayişinə əri olmadan qatılıb. "The Wall Street Journal" qəzeti qeyd edir ki, əmək nazirinin özü dövlət vəsaitlərindən sui-istifadə etməkdə və işçilərindən biri ilə "uyğunsuz münasibətdə" olmaqda şübhəli bilindiyindən, barəsində daxili araşdırma aparılır.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью