Nazirin müşaviri Agentliyə sədr TƏYİN EDİLDİ | Icma.az
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinə yeni sədr təyin edilib.
Modern.az xəbər verir ki, bu vəzifəyə Fərid Osmanov təyin olunub.
Qeyd edək ki, bu vəzifəni 2023-cü ildən etibarən İnarə Vəliyeva icra edirdi.
Onun rəhbərliyi dövründə Agentlik tərəfindən rəqəmsal hökumət quruculuğu, innovasiya ekosisteminin inkişafı və İKT üzrə insan kapitalının formalaşdırılması istiqamətində bir sıra mühüm işlər görülüb.
İnarə Vəliyeva ona həvalə edilmiş öhdəlikləri müvəffəqiyyətlə başa çatdırıb və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinin növbəti dövründə sədrlik Fərid Osmanova tapşırılıb.
Qeyd edək ki, Fərid Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini bitirib.
Bununla yanaşı, F. Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya
Tam oxu
Xəbəri oxu