Nazirin ön şüşəsi çatlayan təyyarəsi təcili eniş etdi

15.10.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin müdafiə naziri Pit Heqseti daşıyan "Boeing C-32" təyyarəsi texniki nasazlıq səbəbindən Böyük Britaniyada təcili eniş edib.

"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell məlumat yayıb.

"Təyyarə standart prosedurlara uyğun olaraq eniş edib və katib Heqset də daxil olmaqla göyərtəsində olanların hamısı təhlükəsizdir", - Parnell bildirib.

O, hadisəyə səbəb kimi təyyarənin ön şüşəsindəki çatın yaranmasını göstərib. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью