Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə ona yazılan rəylərə və “tag” edildiyi paylaşımlara cavab verib.
Onun bu şəkildə insanlarla birbaşa ünsiyyət qurması bir çoxlarının xoşuna gəlib və Azərbaycanda nadir görülən bir hal olduğu üçün müzakirələrə səbəb olub.
Məsələyə münasibət bildirən təhsil eksperti, dosent İlham Əhmədov qeyd edib ki, təhsilin köklü problemləri həll edilmir, sadəcə köməkçisi sosial şəbəkədə kiməsə cavab verir, nə isə yazır, əvəzində az qala onu milli qəhrəman səviyyəsinə qaldırmağa kimlərsə cəhd edir: “Təhsilin yüzlərlə problemləri qalıb kənarda.
Amma bir qrup jurnalist və FB istifadəçiləri nazirin katibəsi ya da köməkçisi hansısa statusa rəy yazıb, bunu gündəmə çeviriblər.
Əmrullayev və ətrafı yaxşı bilir ki, bu ölkədə ən çox narazılıq məhz təhsil sahəsindəndir, yəni onun fəaliyyətindəndir.
Narazılığın çoxu da son 5 ildə, onun nazirliyi dövründə yaranıb. Problemlərin də heç biri həll edilmir, əksinə günbəgün artmaqdadır.
Onlar da, bu ASAN yolla xalqı az da olsa, razı salmaq istəyirlər”.