Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın xarici işlər naziri Abbas Araqçının həyat yoldaşı sosial şəbəkələrdə və İran mətbuatında müzakirələrə səbəb olub.
Modern.az-ın məlumatına görə, 62 yaşlı nazir İran Xarici İşlər Nazirliyinin Qadın Diplomatik Assosiasiyasının xeyriyyə bazarına səfəri zamanı çəkilmiş şəkilləri yayılıb.
Fotolarda onun özündən xeyli gənc həyat yoldaşı görünüb. İran mətbuatı bildirir ki, Arzu Əhmədvand 30 yaşındadır.
O, Araqçının ikinci həyat yoldaşıdır. Məsələyə İranın xarici işlər nazirinin müşaviri Məhəmməd Hüseyn Rəncbəran da münasibət bildirib.
O, xanımın nazirin ikinci həyat yoldaşı olduğunu təsdiqləyib.
Müşavirin sözlərinə görə, onlar təxminən 6 il yarım əvvəl ailə həyatı qurublar və bu evlilikdən üç yaş yarımlıq qızları var.
Abbas Araqçı birinci həyat yoldaşından boşanıb. Onun birinci həyat yoldaşı rəssamlıq sahəsində çalışan və İranın rəssamlıq professorlarından