Nazirin qəbul vaxtı dəyişdi

19.05.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 23 may 2025-ci il tarixində saat 09:30-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Xocalı rayonları və Naftalan şəhərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

 Bu barədə "Unikal"a nazirlikdən məlumat verilib. 

Qeyd olunur ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью