Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28.01.2026

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Polşanın xarici işlər naziri Radoslav Sikorski “SpaceX” şirkətinin qurucusu, amerikalı milyarder İlon Maskı Ukraynadakı Rusiya hərbi hücumları üçün “Starlink” peyklərinin istifadəsini qadağan etməyə çağırıb.

Reyting.az xəbər verir ki, nazir çağırışını sosial şəbəkə vasitəsilə edib.

Nazir sosial şəbəkə hesabında yazıb:

“Ey böyük insan, İlon Mask, niyə rusların “Starlink”dən Ukrayna şəhərlərinə hücum etməsinin qarşısını almırsınız?”

O, həmçinin müharibə cinayətlərindən qazanc əldə etməyin “SpaceX” brendinə zərər verə biləcəyi barədə xəbərdarlıq edib.

İ. Mask R. Sikorskinin çağırışına tez və kobudcasına cavab versə də, peyk internetindən istifadə edərək Rusiya hücumları haqqında məlumatları faktiki olaraq qulaqardına vurub.

Mask iddia edib ki, “Starlink” Ukraynanın hərbi rabitəsinin onurğasıdır.

“Bu axmaq adam “Starlink”in Ukraynanın hərbi rabitəsinin onurğası olduğunu belə bilmir”,- Mask qeyd edib.

Polşalı nazir Müharibə Tədqiqatları İnstitutunun hesabatına vurğu edir. Qurum hesabat yayaraq bildirib ki, Rusiya qoşunları Ukrayna şəhərlərinə hücumlar zamanı “BM-35” dronlarının mənzilini artırmaq üçün getdikcə “Starlink” peyk sistemlərindən istifadə edirlər.

ISW-yə görə, “Starlink”dən istifadə dronların Rusiyadan və ya işğal olunmuş Ukrayna ərazilərindən buraxıldığı təqdirdə, Ukraynanın əksər hissəsini, bütün Moldovanı, eləcə də Polşa, Rumıniya və Litvanın bir hissəsini əhatə edərək 500 kilometrə qədər uçmasına imkan verir.

Analitiklər vurğulayırlar ki, bu texnologiya dron hücumlarının effektivliyini artırır, Ukraynanın və qonşu ölkələrin hava hücumundan müdafiə sistemləri üçün yeni çətinliklər yaradır.

Daha əvvəl Ukraynanın müdafiə naziri Mixaylo Fedorov Rusiya dronlarının “Starlink” peyk sistemləri ilə təchiz olunduğunu təsdiqləmişdi. O, bu problemə tez bir zamanda reaksiya verilməsinin vacibliyini vurğulamışdı.

E. KAMAL


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью