Nazirlər Kabineti gələn ilin bayram günləri barədə qərar verib

11.12.2024

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri müəyyənləşib

2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

AYNA xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью