Nazirlər nəyi müzakirə ediblər?

08.12.2024

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında bu ölkənin investisiya naziri Xalid Bin Əbdüləziz Əl-Falih ilə görüşüb. SİA xəbər verir ki, bu barədə azərbaycanlı nazir sosial şəbəkədə yazıb.

"Səudiyyə Ərəbistanına səfərimiz çərçivəsində bu ölkənin investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih ilə keçirdiyimiz görüşdə ikitərəfli münasibətlərin intensiv inkişafını məmnunluqla vurğuladıq. Ölkələrimizin dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə etdik", – nazir qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью