Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov bu ay Nyu-Yorkda görüşəcəklər.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri "Azadlıq" radiosunun sualına cavab olaraq bildirib.
"Görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçiriləcək", - Mirzoyan bildirib.
BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də Nyu-Yorkda başlayıb.
İki ölkənin xarici işlər nazirləri arasında son görüş sentyabrın əvvəlində Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti zamanı baş tutub. Görüşdən sonra Bayramov Mirzoyanla bir sıra məsələlər barədə fikir mübadiləsi apardıqlarını və tezliklə yenidən görüşəcəklərini açıqlayıb.
Bir gün əvvəl ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen Bakıya səfər edib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşündə Ermənistan-Azərbaycan sülh prosesi və TRIPP layihəsində görülən işlər, o cümlədən TRIPP inkişaf şirkətinin yaradılması müzakirə olunub.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər: Nazirlər Nyu-York
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin