Nazirlər ticarət və investisiya artımını sürətləndirməyin yollarını müzakirə ediblər

08.12.2024

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında bu ölkənin investisiya naziri Xalid Bin Əbdüləziz Əl-Falih ilə görüşüb.

“Ölkə.az” xəbər verir ki, bu barədə azərbaycanlı nazir sosial şəbəkədə yazıb.

“Səudiyyə Ərəbistanına səfərimiz çərçivəsində bu ölkənin investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih ilə keçirdiyimiz görüşdə ikitərəfli münasibətlərin intensiv inkişafını məmnunluqla vurğuladıq. Ölkələrimizin dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə etdik", – nazir qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью