Nazirlərin maaşları verildi

13.07.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan Nazirlər Kabineti əməkdaşlarının iki aydır ala bilmədikləri maaşlar ödənilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a kabinet əməkdaşları məlumat verib.

Onların sözlərinə görə, problem ictimailəşdirildikdən sonra həll olunub: Marqarita pizza

“İki aydır maaş ala bilmirdik. Nazirlər də bura daxildir. Əsas əziyyət çəkən biz – sürücülər və digər texniki işçilər idik. Kredit borclarımız, dükanlara borcumuz yığılmışdı. Deyirdilər ki, guya maliyyə yoxdur. Bəs necə olur ki, məsələ ictimailəşəndən sonra maliyyə tapıldı?”

Qeyd edək ki, Naxçıvanda maaşlarla bağlı problem yaranmışdı və hətta MR-nın nazirlərinin də əməkhaqlarının verilmədiyi bildirilirdi.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью