Nazirlik 184 nəfərin saxlanılması barədə məlumat yaydı

10.09.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə ərazisində son sutka ərzində 47 cinayət hadisəsi qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin də açılması təmin olunub. pizza hut

Axtarışda olduğuna görə ümumilikdə 184 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 146-sı borclu şəxs qismində axtarışda olub.

Həmçinin narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью